• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Qəzaya düşməsi 17 sevgilisini üzə çıxardı

  • Dünya
  • 9 Aprel 2015 03:11
  • 466 Baxış
Qəzaya düşməsi 17 sevgilisini üzə çıxardı

Çin mediasının son günlər ən çox danışılan xəbəri Yuan soyadlı oğlanın yaşadığı yol qəzasından sonra başına gələnlərdir.

Axar.az “South China Morning Post”a istinadən xəbər verir ki, qəzadan sonra xəstəxanaya yerləşdirilən Yuanın 17 sevgilisi eyni vaxtda xəstəxanaya ona baş çəkməyə gəlib.

Hər şey həkimlərin Yuanın telefon zənglərinə cavab verməsi ilə başlayıb. Gəncin yaxınlarını yaşadığı qəzadan xəbərdar etmək məqsədilə həkimlər onun telefonuna zəng edən qızlara qəza keçirdiyini və xəstəxanada olduğunu açıqlayıblar. Bundan sonra Yuanın 17 sevgilisi xəstəxanaya üz tutub.

Xanımlardan biri il yarımdır ki, Yuanla birlikdə yaşadığını və onların bir övladı olduğunu açıqlayıb. Digər sevgililərdən birinin mətbuata verdiyi açıqlamaya görə isə onlar 9 ildir birlikdədir. Xanımın sözlərinə görə, o, həm də Yuana maddi dəstək göstərir. Qızlardan başqa biri isə yaxın günlərdə evlənəcəklərini açıqlayıb.

Çin polisi mart ayının 24-dən xəstəxanada olan Yuan haqqında araşdırmalara başlayıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR