• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Nüvə razılaşması pozulur: Avropa İttifaqı İrana yeni sanksiyalar tətbiq etdi

  • Dünya
  • 9 Aprel 2015 05:14
  • 579 Baxış
Nüvə razılaşması pozulur: Avropa İttifaqı İrana yeni sanksiyalar tətbiq etdi

Avropa İttifaqı məhkəmə hökmünə baxmayaraq, İranın Ticarət Bankı və 32 yükdaşıma şirkətinə qarşı yenidən sanksiyalar tətbiq edib.

Publika.az xəbər verir ki, qurumun sanksiyaları İranın dünyanın 6 qüdrətli ölkəsi ilə İranı sanksiyalardan azad edəcək nüvə razılığı əldə etməsindən bir neçə gün sonraya təsadüf edir. Avropa İttifaqı Ticarət Bankının maliyyə resursları, neft və qaz layihələrinin maliyyələşdirilməsi ilə İran hökumətinə dəstək verdiyini bildirib.

Yanvar ayında Avropa məhkəməsi bankın və 40-a yaxın yükdaşıma şirkətinin sanksiyalar obyekti olmadığına dair qərar çıxarmışdı.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR