Xameneyidən Ərdoğana xəbərdarlıq: “Güvənməyin!”
Bizi izləyin

Dünya

Xameneyidən Ərdoğana xəbərdarlıq: “Güvənməyin!”

Tehranda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşən İranın ali dini lideri ayətullah Əli Xamanei Qərblə əməkdaşlıq mövzusunda Ərdoğana xəbərdarlıq edib.

Publika.az İRNA agentliyinə istinadən xəbər verir ki, Xamanei Qərb və Amerikaya güvənməyin islam ölkələrinin maraqlarına uyğun olmadığını deyib.

İranın dini lideri düşmənlərin müsəlmanların oyanışından narahatlıq keçirdiyini, Amerika və sionistlərin islam ölkələrindəki problemlərdən məmnun olduğunu söyləyib.

“Hər vaxt bunu vurğulayırıq: Qərb və Amerikaya güvənmək islam ölkələrinin maraqlarına uyğun deyil. Qərbin bütün fəaliyyətinin bu gün bölgənin və islam ölkələrinin əleyhinə olduğunu görürük”, - İRNA dini liderin Ərdoğanla görüşündən sitat gətirib.

İranın bölgədəki problemlərin həlli üçün dialoq və müzakirələrə açıq olduğunu vurğulayan Xamanei Qərbin İŞİD problemini həll etmək istədiyini dilə gətirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm