Kataloniyada İŞİD əməliyyatı keçirilib
Bizi izləyin

Dünya

Kataloniyada İŞİD əməliyyatı keçirilib

İspaniyanın Kataloniya bölgəsində terrorla mübarizə çərçivəsində əməliyyat həyata keçirilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Katalon polisi İŞİD terror təşkilatı ilə əlaqəsinin olduğu iddia edilən 13 mənzil və iş yerinə basqın edib.

Əməliyyatda terror hücumuna hazırlaşdığı iddia edilən 11 nəfər saxlanılıb. Saxlanılan şəxslərin ən azı 4 gənci İŞİD sıralarında döyüşmək üçün Suriya və İraqa göndərdiyi bildirilir.

Saxlanılanlardan 5-i sonradan müsəlman olan ispanlardır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm