İŞİD Fransa kanalına hücum etdi - FOTO
Bizi izləyin

Dünya

İŞİD Fransa kanalına hücum etdi - FOTO

İŞİD (“İslam dövləti”) terror qruplaşması ilə bağlı olan hakerlər “TV5 Monde” fransız televiziya kanalı və sosial şəbəkələrdə kanalla bağlı olan saytları dağıdıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, telekanal Paris vaxtı ilə (Bakı vaxtı 02:00) gecəyarısı efirdən itib. Telekanalın baş direktoru İv Biqonun verdiyi məlumata görə, “TV5 Monde” kanalına məxsus olan saytların tezliyinə siqnal çatmır.

Kiber hücum televiziya kanalının “Facebook”dakı hesablarını ələ keçirib.

Qeyd edək ki, bir müddət əvvəl “TV5 Monde” televiziya kanalına məxsus olan saytlarda üzərində “Kiber xəlifə” və “Mən-İŞİD” sözləri yazılan ərəb geyimli insanların şəkli yayılmışdı. Bundan əlavə, kanalda islamçılara qarşı mübarizə aparan fransız hərbçiləri haqda da məlumatlar və onların ünvanına təhdidlər yerləşdirilimişdi. Sonradan isə kanal əvvəlki vəziyyətə bərpa olunub.

Xatırladaq ki, “TV5 Monde” televiziya kanalı əyləncə xarakteri daşıyır və bütün dünyaya yayımlanır.

Bir müddət sonra telekanalın işi bərpa olunsa da, televiziyanın efiri, saytı və sosial şəbəkələrdəki hesabları kiber hücumlara məruz qalmaqda davam edir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm