Donbasda separatçıların kazarması məhv edildi - MÜHARİBƏ
Bizi izləyin

Dünya

Donbasda separatçıların kazarması məhv edildi - MÜHARİBƏ

Ukrayna anti-terror gücləri Mariupol yaxınlığındakı Şirokina qəsəbəsində separatçıların hücumunu dəf edərək onlara məxsus kazarmanı məhv edib.

Publika.az “Unian.net” saytına istinadən xəbər verir ki, bu barədə “Azov” batalyonunun “Facebook”dakı səhifəsində bildirilib.

“Azov” və “Donbas” batalyonlarının birgə hərəkətləri nəticəsində separatçıların hücumu dəf edilib. Şirokina qəsəbəsində onların yerləşdiyi kazarma dağıdılıb. Rəqibin itkiləri haqqında məlumatlar dəqiqləşdirilir”, - xəbərdə deyilir.

Hərbi ekspert, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk isə “Facebook” səhifəsində yazıb ki, separatçılar Şirokino ətrafına əlavə qüvvələr cəlb edirlər. Onun sözlərinə görə, əraziyə 500-dən çox döyüşçü gətirilib.

Bundan başqa, Dmitri Tımçuk qeyd edib ki, Starobeşevoda yerləşən separatçıların rota taktik qrupu cəbhə xətti istiqamətində irəliləməyə başlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm