SENSASİYA: Neft bazarında yeni oyunçu – böyük neft yatağı tapıldı
Bizi izləyin

Dünya

SENSASİYA: Neft bazarında yeni oyunçu – böyük neft yatağı tapıldı

Londonun Qetvik hava limanı yaxınlığında böyük neft yatağı tapılıb.

Publika.az xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti “UK Oil & Gas” tədqiqat şirkətinin məlumatlarına istinadən yazıb.

Tədqiqat şirkətinin məlumatına görə, yataqdakı neft ehtiyatının həcmi 100 milyard barel təşkil edə bilər. Müqayisə üçün deyək ki, Səudiyyə Ərəbistanının bütün yataqlarının sübut olunmuş ehtiyatları 260 milyard bareldir.

Eyni zamanda, şirkətdən bildirilib ki, yataqdakı neft ehtiyatının yalnız 15 faizə qədərini çıxarmaq mümkündür. Çünki neft ehtiyatının çox hissəsi 700-900 metr dərinlikdə yerləşir.

Britaniya neftinin çox hissəsi Şimal dənizi şelfindədir. Buradan “Brent” markalı neft çıxarılır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm