Ermənistan yenə qarışdı: əsgər anaları ayağa qalxdı
Bizi izləyin

Dünya

Ermənistan yenə qarışdı: əsgər anaları ayağa qalxdı

Ermənistanda əsgər anaları İrəvanda növbəti etiraz aksiyasını keçiriblər.

Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, əsgər anaları övladlarının ölümü ilə bağlı cinayət işlərini açılmamasına görə hakimiyyətdən izahat tələb ediblər.

Əvvəlcə Prezident Administrasiyasının binası qarşısında toplaşan aksiya iştirakçıları daha sonra parlament binasının qarşısına gəliblər.

Baş prokuror Qevorq Kostanyanın açıqlayacağı illik hesabatı gözlədiyini bildirən əsgər anaları hərbi qulluqçularının həlak olması ilə bağlı cinayət işlərinin açılmamasından narahatlığı ifadə ediblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm