Donetskdə küçələri konfetlə örtdülər - VİDEO
Bizi izləyin

Dünya

Donetskdə küçələri konfetlə örtdülər - VİDEO

Ukraynanın Donetsk şəhərinin Lenin rayonunda küçələrə böyük miqdarda konfet tökülüb.

Publika.az xəbər verir ki, bu barədə sosial şəbəkələrin istifadəçilərinə istinadən “Korrespondent.net” saytı yazıb.

Sosial şəbəkələrin istifadəçiləri qeyd ediblər ki, konfetlər ən azı dörd gündür küçələrə tökülüb. “Konfetlərin kimin və nə üçün küçələrə tökdüyü məlum deyil”, - yerli sakinlər yazıblar.

Konfetin töküldüyü küçələr “AVK” qənnadı fabrikinin anbarının yaxınlığında yerləşir. Təxmin edilir ki, məhsulun istifadə müddəti keçib. “AVK” şirkətinin mətbuat xidmətindən isə bildiriblər ki, konfet şirkətin anbarından götürülərək küçələrə boşaldılmayıb.

Qeyd edək ki, “AVK” Ukraynanın şirniyyat sahəsinin liderlərindən biridir. 1991-ci ildə fəaliyyət başlayan şirkətin mərkəzi ofisi Kiyevdədir və əsas istehsal gücləri Dnepropetrovskda cəmlənib. “AVK”in Donetsk, Dnepropetrovsk, Luqansk və Mukaçevoda 4 qənnadı fabriki var. Donetskdəki fabrik hərbi əməliyyatlarla əlaqədar 2014-cü ilin iyulunda işini dayandırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm