Ankaradan Avropaya xəbərdarlıq
Bizi izləyin

Dünya

Ankaradan Avropaya xəbərdarlıq

Türkiyə qondarma “erməni soyqırımı” qanun layihəsini səsverməyə çıxaracaq Avropa Parlamentinə xəbərdarlıq edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Tanju Bilgiç bu məsələdə parlamentlərin qərar verməsinin doğru olmadığının Avropa Parlamentinə çatdırıldığını deyib.

“Fikirlərimizi detallı şəkildə qarşı tərəfin diqqətinə çatdırmışıq. Bu mövzuda parlamentlərin qərar verməsinin doğru olmadığını, bu mövzuda tarixçilərin qərar verməsinin lazım olduğunu bildirmişik”, - Türkiyə XİN-in sözçüsü bildirib.

Tanju Bilgiç 1915-ci il hadisələri ilə bağlı erməni iddialarını parlamentdə səsverməyə çıxaracaq Hollandiyaya də eyni şəkildə xəbərdarlıq olunduğunu əlavə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm