Avropa ölkəsində həyat dayandı – FOTOLAR
Bizi izləyin

Dünya

Avropa ölkəsində həyat dayandı – FOTOLAR

Hökumətin sosial büdcənin azaldılması barədə planlarına sərt reaksiya verən Fransada ümumxalq tətili başlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin dörd bir tərəfində minlərlə insan etiraz üçün küçələrə çıxıb.

İctimai sektorda iş tamamilə dayanıb. Müəllimlər işləmədiyindən dövlət məktəblərində tətil elan edilib. Hava nəqliyyatında çalışanlar da tətilə qoşulub. İş şərtlərinə etiraz edən hava yollarının minlərlə əməkdaşının tətilə çıxması 2 min reysin təxirə salınması ilə nəticələnib.

Ümumxalq tətili Eyfel Qülləsindəki işə də təsir edib. Qüllədə çalışanların tətilə çıxması nəticəsində tarixi və turistik qülləyə ziyarətçilərin girişi dayandırılıb.

Fransada hökumət büdcə kəsirini aradan qaldırmaq üçün sosial xərcləri 50 milyard avroya qədər azaltmağı planlaşdırır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm