• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Yanukoviç getməsə qırğın davam edəcək- “Sağ sektor”un şərti var

  • Dünya
  • 20 Fevral 2014 16:25
  • 394 Baxış
Yanukoviç getməsə qırğın davam edəcək-  “Sağ sektor”un şərti var

“Sağ sektor” və Maydan özünümüdafiə dəstəsi Ukrayna prezidenti Viktor Yanukoviçin “diktator səlahiyyətləri”ndən imtina edəcəyi halda qan axıdılmasını dayandıracağına söz verir.

Publika.Az –ın “RBK-Ukrayna” saytına istinadən verdiyi məlumata görə, bu barədə “Facebook”dakı səhifəsində “Sağ sektor” lideri Dmitri Yaroş bildirib."Təhlükəsizlik qüvvələrinin atəşi dayandıracağı və Yanukoviçin diktator səlahiyyətlərindən imtina edəcəyi halda qan axıdılmasının dayandırılması üçün maksimum səy göstərəcəyik. Şərtlərimizin yerinə yetiriləcəyi halda onların təhlükəsizliyinə zəmanət veririk”, - D.Yaroş yazıb.

Onun irəli sürdüyü şərti Maydan özünümüdafiə dəstəsinin rəhbəri, parlamentin deputatı Andrey Parubi də dəstəkləyib.

Qeyd edək ki, 1994-cü ildə “Trizub" adlı sağçı təşkilata daxil olan Yaroş 2005-ci ildə təşkilatın rəhbəri olub. Sonradan isə “Trizub” və bir neçə başqa sağçı təşkilatın əsasında “Sağ sektor” qurulub.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR