Jirinovskinin adamı: “Ukraynaya qoşun yeridək”
Bizi izləyin

Dünya

Jirinovskinin adamı: “Ukraynaya qoşun yeridək”

Rusiya Federasiyasının Dövlət Dumasında Donbas hövzəsinə Rusiya sülhməramlılarının göndərilməsi məsələsi qaldırılıb.

Publika.az RİA agentliyinə istinadən xəbər verir ki, Liberal Demokratik Partiyasından olan deputat Roman Xudyakov plenar iclasda Donbasa Rusiya sülhməramlılarının göndərilməsi xahişi ilə müdafiə naziri Sergey Şoyquya müraciət etməyi təklif edib.

“DXR” və “LXR” kömək haqqında Rusiyadan artıq xahiş edib. Dövlət Dumasına Rusiya sülhməramlılarının Donbasa göndərilməsi xahişi ilə müdafiə naziri Sergey Şoyquya müraciət etməyi təklif edirəm. Sülhməramlılar atəşin dayandırılması rejiminə riayət olunmasını izləmək və əlbəttə ki, Kiyevin alovunu soyutmaq üçün lazımdır. Biz qardaş xalqımızı müdafiə etməliyik”, - Xudyakov deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm