• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Şimal bloku Rusiyadan müdafiəyə hazırlaşır

  • Dünya
  • 10 Aprel 2015 16:40
  • 355 Baxış
Şimal bloku Rusiyadan müdafiəyə hazırlaşır

Şimali Avropanın beş ölkəsi - İsveç, Norveç, Finlandiya, Danimarka və İslandiya “Rusiya Federasiyasının təhdidləri”nə qarşı hərbi əməkdaşlığı genişləndirir.

Publika.az “Kommersant.net” saytına istinadən xəbər verir ki, adıçəkilən ölkələrin müdafiə nazirlərinin görüşündə hərbi əməkdaşlıq barədə bəyanat yayıblar.

Birgə bəyanat Norveçin “Aftenposten” qəzetində dərc edilib. Bəyanatda qeyd edilib ki, İsveç, Norveç, Finlandiya, Danimarka və İslandiyanın müdafiə nazirləri hərbi sənaye, kəşfiyyat və yüksək texnologiyalı hərbi istehsal sahələrində əməkdaşlığı gücləndirməyə razılaşıblar. Bundan başqa, şimal bloku birgə hərbi təlim keçirməyi planlaşdırır. Məsələn, İsveç və Norveçdə may ayında Şimali Avropa ölkələrinin Hərbi Hava Qüvvələrinin birgə təlimləri keçiriləcək. Təlimlərdə Amerika təyyarələrinin də iştirakı gözlənilir.

Beş müdafiə nazirinin bəyanatında Baltika dənizi regionunda artan hərbi və kəşfiyyat fəallığından narahatlıq ifadə olunur. Nazirlər şimal blokunun Baltikyanı ölkələr - Latviya, Litva və Estoniya ilə hərbi sferada əməkdaşlığın gücləndirilməsi barədə qərar qəbul ediblər.

“Rusiyanın hərəkətləri Avropada təhlükəsizliyin qorunması üçün son dərəcə ciddi çağırışlar ortaya çıxarıb. Rusiyanın təbliğatı və siyasi manevrləri dövlətlər arasında, eləcə də NATO və Avropa Birliyi təşkilatlarında nifaq yaratmağa yönəlib. Rusiya rəhbərliyi göstərdi ki, öz siyasi hədəflərinin həyata keçirilməsi üçün beynəlxalq hüquq prinsiplərinin pozulması hesabına olsa belə hərbi metodlardan istifadə etməyə hazırdır”, - bəyanatda deyilir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR