Çexiya prezidenti fikrini dəyişdi
Bizi izləyin

Dünya

Çexiya prezidenti fikrini dəyişdi

Çexiya prezidenti Milos Zeman gələn ay Moskvaya səfəri zamanı hərbi paradda iştirak etməmək qərarına gəlib.

Publika.az-ın məlumatına görə, prezidentin mətbuat katibi bildirib ki, Zeman həmin gün Slovakiyanın baş naziri Robert Fico ilə ikitərəfli münasibətləri müzakirə edəcək.

Zeman mayın 9-da parada qatılmaq istədiyinə görə, Çexiyadakı ABŞ səfiri və digər rəsmilərin böyük təzyiqilə üzləşmişdi.

Amma prezidentin sözçüsü deyir ki, Zemanın paradı buraxması,müstəqil qərardır və bunun tənqidlərlə heç bir bağlılığı yoxdur.

Qeyd edək ki, Avropa Birliyi ölkələrinin liderləri parada qatılmaqdan imtina ediblər. Rusiya hər il mayın 9-nu 2-ci Dünya Müharibəsi zamanı Nasist almaniyası üzərində qələbənin ildönümü kimi qeyd edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm