Suriyada qadın müxalifətçilərin hərbi düşərgəsi - VİDEO
Bizi izləyin

Dünya

Suriyada qadın müxalifətçilərin hərbi düşərgəsi - VİDEO

İnternetdə Suriya müxalifətinin qadın döyüşçülərinin təlim düşərgəsindən görüntülər yayılıb.

Publika.az xəbər verir ki, qadın döyüşçülər Suriyanın dövlət başçısı Bəşər Əsədi hakimiyyətdən uzaqlaşdıracağına and içirlər.

Videoda “Allah yolunda bayrağı yüksəltmək və dinə izzətini geri qaytarmaq üçün qanlarımızı tökərik" şüarları ilə hərəkət edən bir qrup qadın görünür. “Allah Rəbbimiz, İslam dinimiz, Məhəmməd peyğəmbərimiz, şeytan Bəşər Əsəd düşmənimiz, cənnət istəyimiz, cihad elmimiz”, - qadınların rəhbəri olduğu təxmin edilən biri deyir.

Bir müddət Dəməşq rejimi əleyhinə şüarlar səsləndirən qadınlar daha sonra “Kalaşnikov” avtomat silahlarla hədəflərə atəş açırlar. Təlim düşərgəsinin hansı qrupa bağlı olduğu, yaxud da təlim keçən qadınların hansı qrupun tərkibində döyüşəcəyi barədə məlumat yoxdur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm