İŞİD-ə ən çox “əsgər” verən Avropa ölkəsi
Bizi izləyin

Dünya

İŞİD-ə ən çox “əsgər” verən Avropa ölkəsi

İŞİD-ə 1430-dan çox Fransa vətəndaşı qoşulub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə fransalı senator Jean-Pierre Seur açıqlama verib. Onun sözlərinə görə, bu da İŞİD-ə qoşulan 3 minə yaxın avropalının 47 faizinin Fransa vətəndaşı olduğu anlamına gəlir. Senator bu rəqəmin 2015-ci ilin sonuna qədər 10 minə çata biləcəyindən narahat olduğunu dilə gətirib.

Fransanın bu günə qədər 85 vətəndaşının İraq və Suriyada döyüşlərdə öldüyü, 200 nəfərin də qaçaraq Fransaya qayıtdığı təxmin edilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm