İşdən tez getmək üçün 6 xəstəsini öldürdü
Bizi izləyin

Dünya

İşdən tez getmək üçün 6 xəstəsini öldürdü

Çexiyada bir tibb bacısı dörd il ərzində 6 xəstəsini öldürüb.

Publika.az İngiltərənin “Daily Mirror” nəşrinə istinadən xəbər verir ki, Maresova soyadlı tibb bacısı 6 xəstəsini iş saatlarını azaltmaq üçün ölümcül dozada kalium verərək öldürdüyünü etiraf edib.

Öldürülən xəstələrdən 5-i qadın, 1-i kişidir. O, ötən il 70 yaşındakı bir xəstənin ölümündən sonra həbs olunub. Ölkəsində “ölüm mələyi” adlandırılan 50 yaşındakı tibb bacısının 2010-2014-cü illərdə işlədiyi xəstəxananın reanimasiya şöbəsində müalicə alan xəstələrinə verdiyi dərmanlar onların ürək fəaliyyətini iflic edib.

Ölkənin baş prokuroru Frantisek Stibor Maresovanı ömürlük həbs cəzası gözlədiyini bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm