Rus ekspertdən şok: “Sərkisyanın kokain ehtirası...”
Bizi izləyin

Dünya

Rus ekspertdən şok: “Sərkisyanın kokain ehtirası...”

“Postsovet məkanındakı böhran Ermənistanı xüsusilə ağır vəziyyətə salıb”.

Axar.az “Kavkasia.net” saytına istinadən xəbər verir ki, bu açıqlama ilə rusiyalı ekspert Nikolay Qordeyev çıxış edib.

Onun sözlərinə görə, Sərkisyanın ölkədə yaratdığı situasiya Ermənistanı hər keçən gün uçuruma aparır:

“Hakim rejimin sosial-iqtisadi sferada yaratdığı o qədər də asan olmayan situasiya şəraiti həddən artıq pisləşdirib. Bunu erməni ekspertlər də təsdiqləyir. Belə ki, bir müddət öncə “Exo Kavkaza” saytına müsahibəsində erməni polit-texnoloq Armen Badalyan da ölkədəki sosial iqtisadi vəziyyətin gündən-günə pisləşdiyini vurğuladı. Təəccüblü deyil ki, eyni situasiya əhalinin doğum və yaşlanma səviyyəsində də özünü göstərir. Lakin bu, ölkə rəhbərliyini zərrə qədər də narahat etmir. Hökumət nümayəndələri isə xalqın qarşısında bir qram da vicdan hissi keçirmədən özlərinin açıq-aşkar səfeh həyat tərzlərini davam etdirirlər. Necə yaşayıb, oğurlanmış pulların xərcləmək yollarını Prezident Serj Sərkisyan göstərir. Onun bahalı alkoqola, kokainə və kazinoya olan ehtirası barədə Ermənistanda yalnız axmaqlar danışmırlar. Bununla belə, xalq qocalır, prezident isə cavanlaşmağı unutmur. Əlbəttə ki, bunu xalqın pulları ilə edir. Cənubi Koreyadakı tibbi mərkəzlərdən birindəki son cavanlaşma kursuna Sərkisyan oğurladığı pullardan 300 min dollar xərclədi. Burada o ən yüksək səviyyədə tibbi yoxlanış keçdi, eləcə də kök hüceyrələrin müalicəsi, SPA-terapiya və qocalma əleyhinə terapiya, bədənin masajı, çəkinin idarə edilməsi xidmətlərindən istifadə etdi. Sərkisyanın cavanlaşmaq üçün istifadə etdiyi sevimli məkanlardan biri də İsveçrədə yerləşir. Burada müxtəlif elit tibb mərkəzləri var ki, orada da şou-biznes ulduzları və siyasətçilər gəncləşmə kursu keçirlər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm