İŞİD Qafqaza hücum hazırlayır
Bizi izləyin

Dünya

İŞİD Qafqaza hücum hazırlayır

İŞİD terror qruplaşması Şimali Qafqazda tərəfdar toplamağa başlayıb.

ANS PRESS-in məlumatına görə, bu barədə Daşkənddə Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktor müavini Sergey Smirnov bildirib.

Şanxay Əməkdaşlıq Təşkilatının regional antiterror qurumunun şurasının Özbəkistan paytaxtında keçirilmiş iclasından sonra çıxış edən Smirnov bildirib ki, İŞİD başqa terror təşkilatlarına nüfuz etməyə başalyıb. "Onlar "İmarat Qafqaz" terror təşkilatına maraq göstərirlər", - deyə Smirnov vurğulayıb.

Onun sözlərinə görə, 1,7 minə yaxın Rusiya vətəndaşı İraqda İŞİD sıralarında vuruşur. Ümumiyyətlə isə silahlı qruplaşmanın təkibində 4 minə yaxın possovet sakini var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm