PKK razılaşmanı pozdu: türk qanı axıdıldı
Bizi izləyin

Dünya

PKK razılaşmanı pozdu: türk qanı axıdıldı

PKK terror təşkilatı Ağrı vilayətində “Bahar şənliyi” ağacəkmə kampaniyası zamanı türk əsgərlərə hücum edib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Baş Qərargah rəisliyi məlumat yayıb. Məlumatda terror təşkilatının açdığı atəş nəticəsində dörd əsgərin yaralandığı bildirilib.

Əraziyə əlavə qüvvələr və texnika göndərilib. Qarşıdurmaların hazırda davam etdiyi bildirilir.

Qeyd edək ki, bir müddət öncə Türkiyə hökuməti ilə PKK silahsızlaşma məsələsində razılıq əldə etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm