Baş prokuror işçilərinə fahişəxanaya getməyi qadağan etdi
Bizi izləyin

Dünya

Baş prokuror işçilərinə fahişəxanaya getməyi qadağan etdi

ABŞ-ın baş prokuroru və ədliyyə naziri Erik Holder ötən gün yaydığı sənəddə nazirlik əməkdaşlarına fahişə yanına getməyi qadağan edib.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, qadağa Ədliyyə Nazirliyinin bir çox əsas şöbələrinə, o cümlədən Federal Təhqiqatlar Bürosu (FTB) və Narkotiklərə qarı Mübarizə İdarəsinə (DEA) şamil olunub. Məlumata görə, adı çəkilən 2 şöbənin əməkdaşları mart ayında Latın Amerikası ölkələrindən birində qalmaqallı araşdırmanın əsas simaları olublar. Daxili araşdırma müəyyən edib ki, narkokortellərin ayırdığı pula agentlər fahişələrin iştirakı ilə “seks məclisi” təkşil ediblər.

Bundan başqa, ABŞ prezidenti Barak Obamanı mühafizə edən Gizli Xidmətin bir neçə əməkdaşı Kolumbiyada fahişələrlə görüşərkən ifşa olunmuşdular.

Ədliyyə naziri Erik Holder fahişə xidmətlərinə qoyulan qadağaların xarici ölkələrdə çalışan əməkdaşlara da şamil olunduğu xatırladıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm