
Ağrı vilayətinin Diyadin rayonu ərazisində türk əsgərlərinə hücum edən PKK-çılara qarşı əməliyyat keçirilib.
Publika.az-ın məlumatına görə, baş vermiş silahlı basqında
iştirak edən 5 terrorçu öldürülüb, biri isə sağ olaraq ələ
keçirilib.
Rəsmi mənbələrdən bildirilib ki, hücumda ən azı 25 yaraqlı iştirak
edib. Hazırda hadisə bölgəsində nisbi sakitlik olduğu qeyd
edilir.
PKK yaraqlılarının aprelin 11-də Türkiyənin Ağrı vilayətində jandarm qüvvələrinə hücumu nəticəsində 4 əsgər yaralanıb.