Moskva sadvalçı merin "qələmini qırdı"
Bizi izləyin

Dünya

Moskva sadvalçı merin "qələmini qırdı"

“Yaxın günlərdə Dərbənd meri İmam Yaraliyev vəzifəsindən getmək haqqında ərizə yaza bilər”.

Axar.az xəbər verir ki, bu barədə məlumat Feysbukda “Jemchujina yuqa” səhifəsində yerləşdirilib.

Mənbənin məlumatına görə, Moskva artıq ləzgi merin şəhərin yubileyi öncəsi həyata keçirdiyi fəaliyyətdən narazıdır. Buna görə də, aprelin 15-də Moskvada Dərbəndin yubileyinə hazırlıqla bağlı baş nazirin müavini Aleksandr Xlopinin rəhbərliyi ilə keçiriləcək iclasda Yaraliyevin istefa ilə bağlı təklifinə baxıla bilər.

Qeyd edək ki, Aleksandr Xlopin 2014-cü ilə qədər Rusiya prezidentinin Şimali Qafqaz Federal Dairəsində xüsusi nümayəndəsi olub. Onu bu vəzifədə Sergey Məlikov əvəz edib. Xlopin 2014-cü ildə istefaya getsə də, Şimali Qafqazla əlaqəsini kəsməyib. Bəzi mənbələr onun bu regionda alkoqol biznesinə nəzarət etdiyini bildirirlər.

Onu da xatırladaq ki, aprelin 9-da Dərbənd şəhərində keçirilən iclasda Sergey Məlikov Yaraliyevə müraciət edərək, “mən sizin yerinizdə saxlanılmanız üçün hər gün zəng edib, yalvaran tanışlarınızdan boğaza yığılmışam”, - sözlərini söyləmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm