İnsanlar kompyuterə qalib gəldi
Bizi izləyin

Dünya

İnsanlar kompyuterə qalib gəldi

Yapon şahmat növü Şoqi üzrə peşəkarlarla kompyuter proqramları arasında hər il keçirilən yarışda bu dəfə insanlar qalib gəlib.

Bu, iki il bundan əvvəl qrup halında təşkil olunan həmin turnirin keçirilməsindən ötən dövrdə ilk dəfə baş verib.

Son çempionatda dörd oyunçu və dörd proqram arasında keçirilən oyunlar heç-heçə başa çatıb.

Aprelin 11-də baş tutan həlledici oyunda Tikara Akuçu rəqibin kompyuter proqramı üzərində qələbə qazanıb. Proqram oyunun 49-cu dəqiqəsində 21-ci gedişdə təslim olub.

İndiyədək keçirilmiş əvvəlki iki turnirdə böyük üstünlük nümayiş etdirən kompyuter proqramları yalnız iki oyunda məğlub olub./Azərtac/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm