Aeroportda iki təyyarə toqquşdu
Bizi izləyin

Dünya

Aeroportda iki təyyarə toqquşdu

Avstraliyanın Melburn şəhərinin cənub-şərqində yerləşən Murabbin aeroportunun uçuş-enmə zolağında yüngül mühərrikli iki təyyarə toqquşub. Nəticədə hər iki təyyarə ciddi zədələnib.

Təyyarələrin göyərtələrində beş nəfər olub. Onlardan ikisinə qəza yerində yardım göstərilib, digər üç nəfər isə xəstəxanaya yerləşdirilib.

İlkin məlumatlara görə, havada olan təyyarənin mühərriki gözlənilmədən dayanıb. Təyyarəçi onu endirməyə çalışıb və nəticədə təyyarə həmin vaxt uçmağa hazırlaşan digər təyyarə ilə toqquşub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm