ABŞ prezidentinin gəliri azalıb
Bizi izləyin

Dünya

ABŞ prezidentinin gəliri azalıb

ABŞ prezidenti Barak Obama və həyat yoldaşı Mişel Obamanın illik gəlirləri açıqlanıb.

Publika.az xəbər verir ki, Obamaların 2014-cü ildə gəliri 477383 dollar olub. Prezident ailəsi bu gəlirdən ötən il 93362 dollar gəlir vergisi ödəyiblər və 33 yardım fonduna ümumilikdə 70712 dollar köçürülüb.

Ən böyük gəliri prezident maaşı olan Barak Obama bu vəzifəsinə görə ildə 400 min dollar qazanır. Cütlüyün bu maaşdan əlavə əsas gəlir mənbəyi isə Barak Obamanın 1995 və 2006-ci illərdə yazdığı iki kitabın satışından qazandıqlarıdır. Obamanın yazdığı kitablardan əldə etdiyi gəlirin aşağı düşməsi qazancının azalmasına səbəb olub.

ABŞ prezidentinin ailəsi 2012-ci ildə 662 min dollar, 2013-cü ildə isə 503 min dollar gəlir əldə edib. Barak Obama ən böyük qazancını prezident seçildiyi 2009-cu ildə götürüb. O həmin il kitablarının satışından və Nobel Sülh Mükafatından təxminən 5,5 milyon dollar qazanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm