Ankaranın Vatikana cavabı ağır olacaq
Bizi izləyin

Dünya

Ankaranın Vatikana cavabı ağır olacaq

Katoliklərin ruhani lideri Papa Fransiskin 1915-ci il hadisələri ilə bağlı Vatikanda təşkil etdiyi ayində “XX əsrin ilk “soyqırımı” ermənilərə qarşı həyata keçirilib” söyləməsi Ankarada şok effekti yaratdı.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Vatikanın Ankara səfiri Papanın çıxışı ilə əlaqədar Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Məlumata görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu hazırda Monqolustanda səfərdədir. Türkiyə mediasına yazdığına görə, Ankara Papanın çıxışına sərt bir bəyanatla cavab verəcək. Hazırda bəyanatın mətni üzərində iş getdiyi bildirilir.

Qeyd edək ki, 1915-ci il hadisələri ilə bağlı Vatikanda təşkil edilən bugünkü ayində Ermənistan prezidenti Serj Sarkisyan, dünya ermənilərinin ruhani lideri və erməni apostolik kilsəsinin katolikosu II Karegin və Kilikiya katolikosu I Aram qatılıb. “Associated Press” xəbər agentliyi Papanın çıxışı ilə bağlı şərhində “Papa siyasi olaraq partlayıcı təsirə malik bu ifadəsi ilə heç şübhəsiz ki, Türkiyəni qəzəbləndirəcək” yazıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm