Davudoğlu Roma Papasına yol göstərdi
Bizi izləyin

Dünya

Davudoğlu Roma Papasına yol göstərdi

Türkiyə Baş naziri Əhməd Davudoğlu Roma Papası Fransiskin qondarma erməni soyqırımı ilə bağlı çıxışına sərt münasibət bildirib.

Axar.az xəbər verir ki, Davudoğlu bu çıxışın Papaya yaraşmadığını qeyd edib:

"Bu açıqlama Papaya yaraşmadı. Dini liderlərdən bizim gözləntimiz sülh müraciəti etmələridir. Papanın açıqlamaları Avropada irqçiliyə təkan verir. Roma Papasının bəyanatı birtərəfli və əsassızdır. Könülləri qapalı olanlara arxivləri açmaq faydasızdır".

Qeyd edək ki, bu gün Roma Papası Fransisk Vatikanda keçirilən mərasimdə "əsrin ilk soyqırımı ermənilərə qarşı həyata keçirildi" demişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm