Fransada məscid təhqir olunub
Bizi izləyin

Dünya

Fransada məscid təhqir olunub

Fransanın Alzas regionunun Nanşi şəhəri yaxınlığında yerləşən Vandövr müsəlman məscidi antisemitizm aktlarına məruz qalıb.

Naməlum şəxslər məscidin divarlarına qırmızı rənglə alman faşistlərinin xaç şəkillərini, ölkədə etnik qruplara, xüsusilə müsəlmanlara qarşı millətçilik əhval-ruhiyyəsi nümayiş etdirən Milli Cəbhə Partiyasının baş hərfləri “FN” və “Ərəblərə ölüm!“ kimi sözlər yazıblar.

Hadisəyə münasibət bildirən məscidin imamı yanvar ayında “Charlie Hebdo“ satirik jurnalına və Parisin Vənsen qapısı ərazisindəki yəhudi iş adamına məxsus mağazaya qarşı törədilən terror aktlarından sonra ölkədə rasizm və antisemitizm aktlarının artdığını diqqətə çatdırıb.

İmam müxtəlif xalqların nümayəndələrinin birgə yaşayışını təhdid edən bu cür hərəkətləri qətiyyətlə pisləyib və onların yolverilməz aktlar olduğunu bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm