Obama Hillari Klintonun namizədliyini dəstəklədi
Bizi izləyin

Dünya

Obama Hillari Klintonun namizədliyini dəstəklədi

Barak Obama ABŞ-da qarşıda gələn prezident seçkilərində Demokratik partiya adından Hillari Klintonun namizədliyinin irəli sürülməsini dəstəkləyib.

Obama hesab edir ki, Hillari Klinton əla prezidnet olacaq.

"O, ABŞ üçün nə etmək istədiyini dəqiq bilir. O, görkəmli dövlət katibi olub, mənim dostumdur. Düşünürəm ki, əla prezident olacaq", - Barak Obama əlavə edib.

Gözlənildiyinə görə, ABŞ-ın keçmiş birinci xanımı, Obamanın birinci prezidentlik müddətində ABŞ Dövlət Departamentinin başçısı olmuş 67 yaşlı Hillari Klinton, gələn il prezident seçkisində iştirak edəcəyini bazar günü açıqlayacaq.

2008-ci ildə Hillari Klinton Demokrat partiyasından prezidentliyə namizəd seçkisində Barak Obamaya məğlub olmuşdu.

Müşahidəçilər hesab edir ki, hazırda partiyada onun əsas namizəd kimi ciddi rəqibi yoxdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm