Mahmud Abbasın Rusiyaya səfəri başlayır
Bizi izləyin

Dünya

Mahmud Abbasın Rusiyaya səfəri başlayır

Fələstin milli muxtariyyatının rəhbəri Mahmud Abbasın Rusiyaya üç günlük səfəri başlayır.

Publika.az-ın məlumatına görə, o, Rusiyaya Vladimir Putinin şəxsi dəvətilə gəlir. Bu gün M.Abbasın Rusiya prezidentilə rəsmi danışıqlarının keçirilməsi nəzərdə tutulub.

Putinlə danışıqlardan sonra, Mahmud Abbas Rusiya Baş naziri Dmitri Medvedevlə də görüşəcək.

Siyasi rəhbərliklə təmaslardan sonra, qonaq Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdin və Moskva və bütöv Rusiya patraiarxı Kiril ilə da danışıqlar aparacaq.

Səfəri çərçivəsində Fələstin milli muxtariyyatın rəhbəri Rusiya Xalqlar Dostluğu universitetində mühazirə oxuyacaq, gözlənildiyinə görə orada Mahmud Abbasa universitetin fəxri diktor adı veriləcək.

Fələstin lideri Moskvadan sonra Soçi şəhərnə də baş çəkmək niyyətyindədir.

Rusiyaya səfəri ərəfəsində M.Abbas mayın 9-da Qələbə günü bayramında iştirak etmək üçün Moskvaya gələcəyini təsdiq edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm