• USD 1,7001 -0,01% EUR 2,0000 -0,14%
    • GBP 2,2421 -0,52% RUB 0,0297 0,00%

Berlin Putini Almaniyaya buraxmaq niyyətində deyil

  • Dünya
  • 13 Aprel 2015 09:11
  • 477 Baxış
Berlin Putini Almaniyaya buraxmaq niyyətində deyil

Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer G7 sammitində Rusiya prezidenti Vladimir Putinin iştirakına qarşı çıxış edib.

Publika.az xəbər verir ki, bu barədə Almaniyanın “Welt am Sonntag” qəzeti yazıb.

.

G7 saamiti 2015-ci ilin iyun ayında Bavariyada keçiriləcək. “Rusiyanın uzunmüddətli təcridi bizim maraqlarımıza uyğun deyil. Ancaq Krımın Rusiyaya qanunsuz birləşməsindən sonra biz özümüzü elə apara bilmərik ki, guya heç nə baş verməyib”, - Ştaynmayer bildirib.

Onun sözlərinə görə, Rusiyanın “Böyük səkkizlik” formatına qayıdışı yalnız Minsk razılaşmalarının bu ölkə tərəfindən icrasından sonra mümkündür.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin G7 sammitinə dəvət edilməsi təşəbbüsü ilə bundestaqda “Sol” fraksiyasının lideri Qreqor Quzi çıxış edib. Onun fikrincə, Ukrayna böhranını Rusiyasız nizama salmaq mümkün deyil. “Rusiyanın təcrid edilməsi bizə heç nə gətirməyəcək, əksinə bu yalnız zərər verir. Biz G7-ni yenidən G8-ə çevirməyə məcburuq. Rusiya prezidenti beynəlxalq münasibətlərin bütün sferalarında əhəmiyyətli insan olaraq qalır”, - almaniyalı siyasətçi deyib.

Almaniya kansleri Angela Merkel hələ 2015-ci ilin yanvarında bildirib ki, G7-nin qarşıdakı sammitində Putinin iştirakının istisna edir.

Xatırladaq ki, G8-yə Fransa, Böyük Britaniya, Rusiya, ABŞ, Almaniya, Yaponiya, İtaliya və Kanada daxil idi. Krımın ilhaqına cavab olaraq Rusiya 2014-cü ilin martında G8-dən çıxarılıb. 2014-cü ilin iyununda Brüsseldə keçirilən G7 sammiti 17 il ərzində ilk dəfə Rusiyasız keçirilib.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>