Papa İrəvana “qaz verdi”
Bizi izləyin

Dünya

Papa İrəvana “qaz verdi”

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Papa Fransiskin 1915-ci il hadisələrini “soyqırım” adlandırmasını şərh edib.

Publika.az xəbər verir ki, Vatikanda təşkil etdiyi ayinə qatılan Edvard Nalbandyan İtaliyanın “Adnkronos” agentliyinə açıqlamasında son günlərdə bir çox beynəlxalq təşkilatın “soyqırımı” tanıyan qərarlar qəbul etdiyini və şərhlər verdiyini deyib.

Erməni nazir Türkiyənin beynəlxalq cəmiyyətin istifadə etmədiyi bir dildən istifadə etdiyini söyləyib və Papanın açıqlamasını erməni xalqı üçün sülh mesajı adlandırıb. Papanın 1 milyard 200 milyon katolik xristianın lideri olduğunu vurğulayan Nalbandyan hesab edir ki, onun fikirləri bütün bu insanların fikirlərini əks etdirir.

Ermənistan xarici işlər naziri “soyqırım” iddiaları ilə əlaqədar tarixçilərdən ibarət ortaq komissiyanın qurulması, Türkiyə-Ermənistan sərhədinin açılması və qarşılıqlı səfir təyinatları kimi bir çox həssas mövzunun yer aldığı Sürix protokollarını xatırladıb. Nalbandyan protokolların kağız üzərində qaldığını bildirərək buna görə Türkiyəni ittiham edib.

Ermənistan prezidenti Serj Sərkisyan isə Vatikandakı ayindən sonra verdiyi açıqlamasında Türkiyə hökumətini türk xalqı ilə eyni hesab etmədiyini deyib: “Əminəm ki, Papanın bu sözləri bir çox türkün ürəyinə və ağlına toxunacaq, ermənilərə qarşı həyata keçirilən soyqırımı bir daha düşünmələri və tarixin yükündən xilas olmaları üçün vəsilə olacaq”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm