
Almaniya hökumətində yer alan türk mənşəli Aydan Özoğuz alman irqçilərdən hər gün təhdid mesajları alır.
Publika.az xəbər verir ki, Almaniyanın “Welt am Sonntag” qəzetinə danışan miqrasiya və inteqrasiya naziri Aydan Özoğuz onu ağacdan asıb öldürməklə təhdid etdiklərini söyləyib.
“Hər gün “siz və digər bütün müsəlmanlar ölkəni tərk etsin” şəklində təhdid və təhqir dolu mesajlar alıram. İrqçilər mənə göndərdiyi mesajlarında bundan daha da irəli gedərək “səni ağacdan asacağıq” yazırlar”, - Sosial Demokrat Partiyasından olan türk nazir deyib.
Daha əvvəllər də ölüm təhdidləri aldığını söyləyən Özoğuz ona ünvanlanan təhdid və təhqir məzmunlu bütün mesajları toplayaraq polisə təqdim etdiyini bildirib.
Ömər Dağlı