ABŞ Rusiyaya nota verdi
Bizi izləyin

Dünya

ABŞ Rusiyaya nota verdi

Vaşinqton Baltik dənizində kəşfiyyat uçuşu həyata keçirən ABŞ təyyarəsinə Rusiya hərbi təyyarəsinin təhlükəli yaxınlaşması ilə əlaqədar Moskvaya nota verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Mark Vrigt bildirib.

Pentaqon Rusiyanın “SU-27” təyyarəsinin “RC-135U” tipli ABŞ təyyarəsinə yaxınlaşmasını “təhlükəli və peşəkarlıqdan kənar” adlandırıb. Mark Vrigt qeyd edib ki, tək bir pilotun diqqətsiz hərəkətləri ölkələr arasındakı münasibətləri gərginləşdirə biləcək potensiala sahibdir.

Pentaqonun sözçüsü Baltik dənizi üzərində baş verən hadisənin Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində dəyişən vəziyyətlə bağlı olduğunu qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm