Yunanıstandan Türkiyəyə təzminat tələbi – İDDİA
Bizi izləyin

Dünya

Yunanıstandan Türkiyəyə təzminat tələbi – İDDİA

Yunanıstan 276 milyard avro təzminat tələbinə Almaniyadan rədd cavabı almasından sonra Türkiyəni hədəf alıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Yunanıstanın Pendeli mahalının bələdiyyəsi 20 il əvvəl baş verən meşə yanğınının “türk agentlərin işi olduğu”nu iddia edib.

Bələdiyyənin tələb etdiyi təzminatın məbləği 200 milyon avrodur. Afinanın şimalındakı böyük mahallardan biri olan Pendeli bələdiyyəsi təzminat tələbi ilə artıq məhkəməyə müraciət edib. Yunanıstan mediasının yazdığına görə, Pendeli Bələdiyyəsi Afina məhkəməsinə təqdim etdiyi təzminat iddiasında 21 iyul 1995-ci ildə mahalda baş verən yanğının türk agentlər tərəfindən törədildiyi bildirilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm