Separatçılardan VƏHŞİLİK: Fosforlu raketlərdən atəş açdılar
Bizi izləyin

Dünya

Separatçılardan VƏHŞİLİK: Fosforlu raketlərdən atəş açdılar

Ukraynanın “Krım” batalyonunun mövqeləri Donetsk aeroportu yaxınlığında separatçılar tərəfindən fosfor raketlərlə atəşə tutulub.

Publika.az “Unian.net” saytına istinadən xəbər verir ki, bu barədə batalyonun “Facebook” səhifəsində bildirilib.

Xəbərdə qeyd edilir ki, partlayışlardan hətta kərpic divarlar yanıb. Batalyonun döyüşçüləri hesab edirlər ki, güclü atəş uğursuz hücuma görə separatçıların qisası ola bilər.

Tərkibində ağ fosfor olan döyüş sursatları partlayan zaman yanma temperaturu 800 dərəcəni keçir və bir neçə yüz kvadrat metr ərazini külə çevirir. Fosforlu silahlar ağır dərəcəli şikəstlik və uzummüddətli ağır xəstəliklərə səbəb olur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm