Putindən tarixi qərar: İrana “S-300”lər satmaq olar!
Bizi izləyin

Dünya

Putindən tarixi qərar: İrana “S-300”lər satmaq olar!

Rusiya prezidenti Vladimir Putin “S-300” zenit-raket sistemlərinin İrana çatdırılması ilə bağlı qüvvədə olan qadağanı ləğv edib.

Publika.az RİA agentliyinə istinadən xəbər verir ki, bu barədə Kreml mətbuat xidməti bildirib.

Qeyd edək ki, “S-300” zenit-raket sistemlərinin İrana çatdırılması barədə qadağa 2010-cu ilin sentyabrında prezident Dmitri Medvedev tərəfindən BMT Təhlükəsizlik Şurasının 1929 saylı qətnaməsinin icrası çərçivəsində tətbiq edilib. Tehran Dmiti Medvedevin fərmanına son dərəcə kəskin reaksiya verərək Rusiyanı Cenevrədəki Beynəlxalq Arbitraj Məhkəməsinə verib. İranın Rusiyadan tələb etdiyi təzminatın məbləği 4 milyard dollar təşkil edirdi.

Zenit-raket komplekslərinin satışı barədə müqavilə 2007-ci ildə imzalanıb. Sövdələşmənin məbləği 800 milyon dollar təşkil edirdi. Texniki səbəblərdən komplekslərin göndərilməsi gecikdirilirdi. 2010-cu ildə BMT-nin qətnaməsindən sonra isə ümumiyyətlə, sazişin yerinə yetirilməsi mümkünsüz olub. Bundan sonra Rusiya İrana 167 milyon dollar məbləğində avans qaytarıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm