• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Qəddafinin son qalası İŞİD-in əlinə keçdi

  • Dünya
  • 13 Aprel 2015 19:27
  • 985 Baxış
Qəddafinin son qalası İŞİD-in əlinə keçdi

Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin son qalası hesab edilən Sirt şəhəri İŞİD terror təşkilatı üçün sığınacağa çevrilməkdədir.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, İŞİD terror təşkilatı ilə Qəddafi tərəfdarlarının ortaq maraqları şəhəri təşkilatın silahlıları üçün sığınacağa çevirib.

Qəddafinin hakimiyyətdə olduğu vaxt böyük əhəmiyyət verdiyi və Trablusda məğlub olandan sonra müvəqqəti mərkəz olaraq seçdiyi Sirt şəhəri 2011-ci il inqilabından sonra “Ensaru'ş Şeria” təşkilatına ev sahibliyi edib. Şəhərdə təhlükəsizliyin “Ensaru'ş Şeria” üzvləri tərəfindən təmin edilməsi də sələfi qrupların Sirtdə güclənməsinə gətirib çıxarıb.

Amma son vaxtlar radikal qrupların “Ensaru'ş Şeria”nı tərk edərək İŞİD-ə qatıldığı bildirilir. Bundan başqa, Qəddafinin əmisi oğlu Əhməd Qəddafinin də İŞİD-i dəstəklədiyi deyilir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR