• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Şok iddia: Türkiyə qurudan, Səudiyyə havadan vuracaq

  • Dünya
  • 13 Aprel 2015 23:50
  • 603 Baxış
Şok iddia: Türkiyə qurudan, Səudiyyə havadan vuracaq

ABŞ mediası Türkiyə və Səudiyyə Ərəbistanın Bəşər Əsəd rejimini yıxmaq üçün hərbi ittifaq yaratdığını iddia edib.

Publika.az xəbər verir ki, “Huffington Post” nəşrinin iddiasına görə, iki ölkənin yüksək rütbəli rəsmiləri bu istiqamətdə müzakirələr aparır.

Müzakirələrə yaxın mənbələrin “Huffington Post” nəşrinə verdiyi məlumata görə, Türkiyə ilə Səudiyyə Ərəbistan arasında vasitəçiliyi Qətər üzərinə götürüb. Amerika nəşrinin iddiasına görə, Türkiyənin Suriyaya qurudan əsgər göndərməsi, Səudiyyə Ərəbistanın isə hava hücumları ilə Türkiyəyə dəstək verməsi hazırda müzakirələr masasındadır.

“Huffington Post” qeyd edir ki, fevral ayında Vaşinqtona gedən Qətər əmiri Şeyx Tamim bin Hamad əl-Tani ABŞ prezidenti Barak Obamanı bu barədə xəbərdar edib. Amerika nəşrinin məlumatına görə, Suriyaya müdaxilə ilə bağlı Türkiyə və Səudiyyə Ərəbistanı arasındakı müzakirələr müsbət nəticələnərsə, ABŞ-ın mövqeyindən asılı olmayaraq, Suriyaya müdaxilə ediləcək.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR