Lavrov: “Poroşenko səhv yoldadır”
Bizi izləyin

Dünya

Lavrov: “Poroşenko səhv yoldadır”

“Özünü sülh elçisi adlandıran Poroşenko bunu sübut etmək üçün Ukraynada vətəndaş müharibəsi istəyən radikal seqmentlərə mane olmalıdır”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Xarici İşlər naziri Sergey Lavrov çıxış edib. Lavrov Ukrayna Prezidenti Pyotr Poroşenkoya çağırış edib:

“Özünü sülh elçisi adlandıran Poroşenko bunu sübut etmək üçün Ukraynada vətəndaş müharibəsi istəyən radikal seqmentlərə mane olmalıdır. Lakin Poroşenko onlara mane olmaq əvəzinə, hökumətdə yüksək vəzifələr verir. Həddindən artıq milliyyətçi Sağ Sektor partiyasının lideri Dmitri Yaroşun Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müşaviri təyin edilməsi bunu sübut edir”.

Qeyd edək ki, aprelin 6-da Sağ Sektor partiyasının lideri, Donbasda döyüşən Ukrayna Könüllü Korpusunun (DUK) rəhbəri, Ali Radanın deputatı Dmitri Yaroş Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müşaviri təyin edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm