Dünya
“Hörümcək adam” 75 mərtəbəli göydələnə dırmaşdı
“Hörümçək adam” ləqəbli fransız alpinist Alen Rober
təhlükəsizlik kəmərindən istifadə etmədən Birləşmiş Ərəb
Əmirliklərinin Dubay şəhərindəki 75 mərtəbəli “Cayan Tower”
binasına dırmaşıb.
Publika.az-ın məlumatına görə, alpinist 310 metr hündürlüyü olan
binaya 65 dəqiqəyə çıxıb. Arzusunun gerçəkləşdiyini deyən idmançı
adını Ginnesin rekordlar kitabına yazdırmaq istəyir.
Fransalı “hörümçək adam” “Bürc Xəlifə” (BƏƏ), "Empire State"
(Nyu-York) və “Eyfel qülləsi” də daxil olmaqla, 130-a yaxın
göydələni fəth edib. A.Rober binalara icazəsiz dirmaşdığı üçün
dəfələrlə polis tərəfindən saxlanılıb. Dubaya isə o, dəyəri 273,2
milyon ABŞ dolları olan 310 metrlik yaşayış binasını diqqət
mərkəzinə çevirmək üçün xüsusi dəvət edilib.
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB