“Qazprom” “Türk axını”nın rəqiblərini hədələdi
Bizi izləyin

Dünya

“Qazprom” “Türk axını”nın rəqiblərini hədələdi

Rusiya “Türk axını” qaz kəməri layihəsinə maneə olaraq Ukrayna vasitəsilə tranziti saxlamağa çalışan Avropa Birliyini hədələyib.

Publika.az RİA agentliyinə istinadən xəbər verir ki, “Qazprom” şirkətinin rəhbəri Aleksey Miller “Türk axını”nın rəqiblərini təbii qazın çatdırılmasını dayandırmaqla hədələyib.

Bundan əvvəl isə Rusiyanın Enerji naziri Aleksandr Novak bildirib ki, Moskva Ukrayna vasitəsilə qazın tranzitinə dair 2009-cu ildə imzalanan müqaviləninin müddətini uzatmağı planlaşdırmır. Onun sözlərinə görə, bütün səylər “Türk axını”nın inşasına yönələcək.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin 2014-cü ilin dekabrında Türkiyəyə səfəri zamanı “Cənub axını” layihəsindən imtina edərək “Türk axını” layihəsini elan edib. Qara dənizin dibi ilə çəkiləcək “Türk axını” kəməri Rusiya qazını Türkiyə üzərindən Avropaya çatdıracaq. Kəmərin illik ötürücü qabiliyyəti 63 milyard kubmetr olacaq.

Avropa Birliyi isə “Türx axını”na maneə olmaq üçün Ukraynanın boru kəmərləri ilə gələcəkdə Rusiya qazını almaq niyyətində olduğunu açıqlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm