“Wall Street Journal”: “Müstəqil Kürdüstana az qaldı”
Bizi izləyin

Dünya

“Wall Street Journal”: “Müstəqil Kürdüstana az qaldı”

Amerikanın nüfuzlu nəşrlərindən olan “Wall Street Journal” Osmanlı imperiyasından sonra yaradılan süni sərhədlərin dağılmaq üzrə olduğunu yazıb.

Publika.az xəbər verir ki, qəzet məqaləsində müstəqil Kürdüstanın da yaxın zamanlarda qurulacağını qeyd edib.

Məqalədə 4 hissəli Kürdüstanla yanaşı, İraq və Suriyada məzhəb qarşıdurmaları nəticəsində yarana biləcək Ələvistan, Xəlifəlik və İraq şiə dövlətləri kimi bir çox yeni güc mərkəzinin adı çəkilib. Süni sərhədlərin ömrünün başa çatdığını qeyd edən Amerika nəşri Suriya və İraqa keçən əsrin əvvəllərində verilən şəklin də saxlanılmasının mümkün olmayacağını vurğulayıb. Məqalədə bildirilir ki, İŞİD məhz bu süni xəritələrin nəticəsi olaraq ortaya çıxıb.

“Wall Street Journal”ın yazdığına görə, Osmanlı ilə imzalanan "Sevr" anlaşması müstəqil Kürdüstan dövlətini əhatə etsə də, razılaşmanının bu müddəası yerinə yetirilməyib. Məqalədə Orta Şərq üzrə analizləri ilə tanınan Karim Sadjapourun “Qarşıdakı 20 il ərzində Kürdüstan adlanan bir dövlət yaranmazsa, çox böyük bir sürpriz olar” sözlərinə yer verilib.

Kürdlərin Türkiyə, İraq, İran və Suriyada yaşadığını qeyd edən yazar “kürdlər onsuz da İraq hökumətinin çətiri altında virtual müstəqilliyini yaşayır. Hazırda da Suriyada üç kanton qurublar” yazıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm