İstanbulda atışma: 2 ölü, 5 yaralı
Bizi izləyin

Dünya

İstanbulda atışma: 2 ölü, 5 yaralı

İstanbul Gültepe səmtində bir yardım dərnəyinə gələn naməlum şəxslərlə dərnəkdə çalışanlar arasında silahlı qarşıdurma baş verib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, qarşıdurma nəticəsində 2 nəfər ölüb, 5-i yaralanıb.

Hadisə dünən axşam yerli vaxtla saat 21:00 radələrində baş verib. Hadisə şahidlərinin sözlərinə görə, naməlum şəxslər havaya atəş açaraq yardım dərnəyinin olduğu küçəyə girib. Qrup daha sonra əllərindəki silahlarla dərnəyə atəş açıb. Dərnək üzvlərinin də qrupa atəşlə cavab verməsi qarşdurmanın miqyasını genişləndirib.

Atışma nəticəsində 7 nəfər yaralanıb. Onlardan 2-si xəstəxanada dünyasını dəyişib.

Hadisədən sonra əraziyə polis qüvvələri cəlb edilib. Polisin hadisə ilə əlaqədar başladığı əməliyyat çərçivəsində 24 nəfər saxlanılıb. Saxlanılanların çoxunun üzərində silah götürülüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm