Dünya
Gənclərə Həcc qadağası
Tacikistanda gənclərə Həcc ziyarəti qadağan olunub.
Trend-in “İnterfaks”a istinadən verdiyi məlumata görə, Tacikistan hökuməti yanında Dini işlər üzrə Komitə bildirib ki, bundan sonra müsəlman taciklər Həcc ziyarətinə ancaq 35 yaşdan sonra gedə biləcəklər.
“Bizim bu qərarımızın məqsədi yaşlı insanlara ziyarət imkanı tanımaq və onların çoxdankı arzularını reallaşdırmalarına şərait yaratmaqdır”, – deyə qurumun açıqlamasında bildirilir.
Tacikistandan Həcc ziyarətinə gedənlərin siyahısı adıçəkilən komitə tərəfindən tərtib olunur. Qurum ölkəyə ayrılan kvotaya (bu il 6,3 min nəfər) əsasən siyahıda yaşlı nəslin nümayəndələrinə üstünlük verməyi qərara alıb.
Bundan əvvəl Tacikistan prezidenti əhaliyə müraciət edərək, Həcc üçün borca girmək əvəzinə, yoxsullara yardım etməyə çağırmışdı.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!