ABŞ Rusiya ilə informasiya müharibəsinə başladı
Bizi izləyin

Dünya

ABŞ Rusiya ilə informasiya müharibəsinə başladı

ABŞ tərəfindən maliyyələşdirilən “Azadlıq” radiosunun Praqa ofisində rəqəmli mediadepartament yaradılacaq.

Publika.az Rusiyanın “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, mediadepartamentin qarşısında duran əsas vəzifə Rusiyanın media sferasındakı “yalan məlumatlar”ına qarşı mübarizə aparmaq olacaq.

Mediadepartament fəaliyyətini sosial şəbəkələr, xüsusi halda “Facebook”, “Twitter”, “VKontakte” və “Odnaklassik” vasitəsilə həyata keçirmək niyyətindədir. Rusiya ilə informasiya müharibəsində əsas silah kimi orijinal proqramlar və siyasi satira olmalıdır. Layihəyə 15,6 milyon dolların xərclənməsi nəzərdə tutulub.

Klassik sosial şəbəkələrdə mübarizədən başqa, komanda yeni auditoriyanın cəlb edilməsi üçün “WhatsApp”dan istifadə etmək niyyətindədir. Daha bir layihə video formatındadır və “Footage vs Footage” (“Çəkilişə qarşı çəkiliş”) adlandırılıb. Layihənin təyinatı “Rusiya televiziya təbliğatını” ifşa etməkdir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm