Dünya
Nemtsovun “qatili” yalan detektorundan keçməyə razılaşdı
Rusiya müxalifətçisi Boris Nemtsovun qətlində ittiham edilən daxili qoşunların sabiq zabiti Zaur Dadayev yalan detektorunda yoxlamadan keçməyə razılaşıb.
Publika.az “Kommersant” nəşrinə istinadən xəbər verir ki, Zaur Dadayev bununla da qətllə əlaqəsinin olmadığını sübut etmək niyyətindədir.
Zaur Dadayevin vəkili Sakayev bildirib ki, müdafiə etdiyi şəxsin məlum cinayətlə əlaqəsinin olmadığı qənaətinə gəlib. Onun sözlərinə görə, poliqrafın (yalan dedektor) tətbiqi ilə ekspertizanın keçirilməsi Zaur Dadayevin son ifadələrinin etibarlılığını təsdiq edə bilər. Vəkil qeyd edib ki, təşəbbüsü həm də həqiqətin ortaya çıxmasında maraqlı olan zərərçəkən tərəfin nümayəndələri dəstəkləyir.
Qeyd edək ki, Rusiya müxalifət liderinin qətlində ittiham edilən
Zaur Dadayev bir neçə dəfə ziddiyətli ifadələr verib. O, martın
12-də müxalifət liderini öldürdüyünü etiraf edib. Bunu onun
vəkillərindən biri olan İvan Qerasimov da mətbuata açıqlamasında
təsdiq edib.
Amma bundan əvvəl Dadayev və qətldə şübhəli bilinən daha iki nəfər
cinayətdə iştirakını inkar ediblər. Şübhəli şəxslər işgəncə altında
etirafedici ifadə verdikərini iddia edirlər.
Xatırladaq ki, Boris Nemtsov fevralın 27-də Moskva vaxtı ilə 23:37-də öldürülüb. Qatillər Boris Nemtsova 6 güllə atıblar. Onlardan dördü hədəfə dəyib.
Ömər Dağlı
-
İdman13:46
"Real"ın ÇL-dəki qəhrəmanı bu gözəllə eşq yaşayır - FOTOLAR
-
Avropa13:16
Fransanın ikiüzlülüyü: Avropada Rusiya qazının ən böyük alıcısı oldu
-
Region12:41
Özünün dənizə çıxışı yoxdur, başqalarını şirnikləndirir: İrəvan Ər-Riyadda nə təklif edib?
-
Hadisə12:15
Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın FOTOSU
-
Nida Xəbər 11:43
Prezidentin yüksək vəzifəyə təyin etdiyi Anar Axundov kimdir? - DOSYE
-
Sosial11:12
Aytən Səfərovanın son vəziyyəti AÇIQLANDI
-
Cənubi Qafqaz10:55
Rusiyanın Gümrüdəki hərbi bazasına hücum oldu - DETALLAR
-
Dünya10:15
Bayden İsrailə bu İsrail şəhərinə hücumu qadağan etdi: Rusiya ələ saldı