Türkiyə polisi dağıstanlı canlı bombanı axtarır
Bizi izləyin

Dünya

Türkiyə polisi dağıstanlı canlı bombanı axtarır

İstanbulda canlı bomba həyəcanı verilib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, polis Rusiyanın Dağıstan Muxtar Rsepublikasının vətəndaşı Patimat Abdulhamidovanı axtarır.

İstanbulun Sabiha Gökçen hava limanının polis şöbəsinə müraciət edən Dağıstan sakini Hacımurad Hacıyev 1988-ci il təvəllüdlü bacısı Patimat Abdulhamidovanın canlı bomba ola biləcəyini xəbər verib. Polis Hacımurad Hacıyevin ifadəsini alandan sonra bütün polis şöbələrini canlı bomba barədə məlumatlandırıb.

Qeyd edək ki, polis məmuru Kənan Kumaşın şəhid olduğu intihar hücumunun Dağıstan sakini Diana Ramazova tərəfindən həyata keçirildiyi ortaya çıxmışdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm